Çempionlar Liqasının qrup mərhələsinin ilk turunun ən yaxşı futbolçusu məlum olub.
Sportarena.az xəbər verir ki, bu ada "Real"ın ulduz futbolçusu Kriştiano Ronaldo sahib çıxıb.
Respondentlərin 41 faizi "Şaxtyor"la görüşdə het-trik edən portuqaliyalı futbolçuya səs verərək onu 1-ci ediblər.
Qeyd edək ki, "Zenit"in hücumçusu Halk 21 faiz səslə 2-ci, "Roma"nın müdafiəçisi Alessandro Florenzi isə 15 faizlə 3-cü olub.