Azərbaycan Premyer Liqasında V tura bu gün keçirilən “Qəbələ” – “Sumqayıt” oyunu ilə yekun vuruldu. Bu matç meydan sahiblərinin 1-0 hesablı qələbəsi ilə yekunlaşdı.
Aqil Məmmədov (“Qəbələ”nin baş məşqçisi): “Biz “Qəbələ”nin gücünə, səviyyəsinə bələdik. Odur ki, bu gün əks hücumlara bel bağladıq. Düşünürəm ki, qol epizodları yarada bildik, rəqibə boşluq vermədik. Futbolçularım meydançada yaxşı mübarizə apardılar. Biz bu oyunu qalib başa vura bilərdik. Amma şanslardan yararlana bilmədik. Bütün bunlara baxmayaraq, futbolçulardan razıyam”.
Roman Qriqorçuk (“Qəbələ”nin baş məşqçisi): “Biz qeydə alınan nəticələrə görə şadıq. Buna görə Allaha dua edirəm. Sadəcə, oyunumuzu daha yaxşılaşdırmaq istəyirik və bunun üçün çalışırıq”.