Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Bakıda keçirilən Dünya Kubokunun 1/4 finalına vəsiqə qazanıb.
Sportarena.az xəbər verir ki, 30 yaşlı zəka ustası 1/8 finalda ABŞ təmsilçisi Fabiano Karuananı məğlub edib.
Ş.Məmmədyarov ötən gün ağ fiqurlarla məğlub etdiyi F.Karuana ilə bu gün qara fiqurlarla heç-heçə edib. Beləliklə, iki görüşün yekununda 1,5:0,5 hesablı üstünlük əldə edən təşkilatçı ölkənin şahmatçısı adını növbəti mərhələyə yazdırıb.
Qeyd edək ki, Şəhriyar Məmmədyarovun 1/4 finaldakı rəqibi rusiyalı Sergey Karyakinlə Dmitri Andreykin arasında keçirilən görüşün qalibi olacaq.