"Tale Heydərov elə söz deməz" - Roman Qriqorçuk

10:32 22 Sentyabr 2015

UEFA Avropa Liqasının qrup mərhələsində Azərbaycanı təmsil edən iki klubdan biri olan "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Ukrayna mətbuatına müsahibə verib. Təcrübəli baş məşqçi həmyerliləri ilə söhbətində “Qəbələ”dəki karyerasından, qazandığı uğurlardan bəhs edib.

 

Sportarena.az "apasport.az"a istinadən həmin müsahibəni kiçik ixtisarlarla təqdim edir.

 

- “Qəbələ” öz qısa tarixi ərzində Avropa Liqasında ikinci dəfə çıxış etdi və qrup mərhələsində oynamağa haqq qazandı. Bu periodda komanda çox artırıb?

- Bizim üçün çox ağır period oldu. Güclü rəqiblərə qarşı yeni komanda ilə mübarizə aparırdıq. Oyunçuların əksəriyyəti iyulun sonu, iyunun əvvəlində komandaya qoşuldular. Biz mərhələləri keçdikcə, paralel olaraq da komandanı formalaşdırırdıq. Xüsusilə yunanlarla oyunu qeyd edərdim. Onlar bizim oynadığımız ən güclü komanda idi.

 

- Necə düşünürsünüz, “Panatinaikos” sizi düzgün qiymətləndirməmişdi?

- Mən belə deməzdim. Rəqibimiz güclü və ciddi bir komanda idi. Hətta bütün futbolçular da deyirdilər ki, onlara asan olmayacaq. Gördüyüm və analiz etdiyim qədər deyə bilərəm ki, “Panatinaikos” bacardığı qədər oynadı. Sadəcə olaraq biz həm evdə, həm də səfərdə çox yaxşı çıxış elədik.

 

- “Qəbələ”nin uğurlu startından sonra ağlınıza gələrdimi ki, artıq avqust ayında qrup mərhələsindəki rəqibləri müzakirə edəcəksiniz?

- Bu qədər uzağa baxmağa ehtiyac yoxdu. Futbolda bu, o qədər də yaxşı nəticə vermir. Hətta bəzən konsentrasiyanı itirməyə də səbəb olur. Ümumiyyətlə, bu, yanlış təfəkkürdü. Mən komandaya gələndə əsas hədəfim onlara futbol oynamağı öyərtmək idi. Əgər futbol oynamağı bacarmırsınızsa, hansısa yüksək nəticədən, uğurdan danışmaq, mərhələ keçmək və stabil nəticə qazanmaq mümkün deyil. “Qəbələ”yə keçməmişdən qabaq bütün bunları düşünmüşdüm. Çox şeyi dəyişmək lazım idi və sürətlə özümüzə gəlməli idik.

 

- Və hər şey planlaşdırıldığı kimi getdi...

- İlk oyunlardan biz xallar itirməyə başladıq, ancaq mən bunu çox sakit qarşıladım. Futbolda nadir hallarda möcüzələr baş verir. Hər şeyə vaxt lazımdı. Hər kəs komandanın 3 oyunda xal itirməsindən və mənfi nəticələrdən danışırdı. Mən isə elə düşünmürdüm. Birincisi, o üç oyunun ikisində biz məğlub olmaya da bilərdik. Birincisi, hakim səhvələri çox idi və ikincisi,inanılmaz dərəcədə bəxtimiz gətirmirdi. O vaxt biz qapının bütün dirəklərini və tirlərini “döymüşdük”, düzdü, bu artıq heç kimə maraqlı deyil. Ancaq indi bizim əlimizdə əsas var ki, doğru yolda olduğumuzu düşünək. Heç nəyə fikir vermədən özümüzə əmin bir şəkildə işimizə davam etməliyik.

 

- Orda sizinlə bərabər fəlsəfənizi xüsusi izah etməyə ehtiyac olmayan Qay və Bezotosnı da çıxış edir...

- Əlbəttə, belə bir zamanda biz ancaq əmin olduğumuz və tanıdığımız adamlarla işləməyə məcbur idik. Səhv etməyə haqqımız yox idi. Ona görə də elə futbolçular seçməli idim ki, bildiyim və bacarıqlarına bələd olduğum biri olsun. Düzdü, hər şeyə rəğmən bəzi tənqidlərdən qaçmaq mümkün deyildi, ancaq 3-5 həftə sonra Qay bizim həm hücumda, həm də müdafiədə ən önəmli fiqurlarımızdan biri oldu.

 

- Azərbaycanlı gəncləri izləyirsinizmi? “Qəbələ”də gənc və istedadlı futbolçular varmı?

- Bu insanların həyata qarşı münasibətləri fərqlidi. Bir çoxu inanclı insanlardı. Öz inandıqları dəyərlərə xəyanət etməmək üçün spirtli içki içmirlər və ya digər zərərli vərdişlərdən uzaq dururlar. Ona görə də onların şansı digər rejimdən kənar və boş –boş gəzənlərdən daha çoxdu. Azərbaycan Premyer Liqasında reqlamentə görə 1994-cü il təvəllüddən böyük olmayan bir futbolçu mütləq meydanda olmalıdı.

 

- Sizin fikrinizcə, bu, düzdü, ya səhv?

- Limit haqqında soruşursunuzsa, mən bunun əleyhinəyəm.

 

- Rəhbərliklə münasibətləriniz necədi?

- Bizim prezidentimiz çox-çox möhtəşəm insandı. Biz onunla “Qəbələ”yə təzə gələndə görüşmüşdük. Razılaşıb müqavilə imzalamışdıq. O, demək olar ki, hər oyuna gəlir, bəzən oyunçuları təbrik eləmək üçün soyunub-geyinmə otağına da düşür. Ancaq başqa bir münasibətimiz yoxdu. Klubun vitse-prezidenti və baş meneceri var və onlar klubu bilavasitə idarə edirlər. Və bizim futbol anlayışımız üst-üstə düşür.

 

- Bəs sizə desələr ki, "Roman İosifoviç, gəlin, belə oynayaq", razılaşarsınız?

- Bizim prezidentimiz o sözü deməz. Ancaq bu şəkildə demək olar: “İstədiyiniz kimi oynayın, ancaq nəticə qazanın”. Lakin burda söhbət ancaq nəticədən deyil, həm də keyfiyətli oyundan gedir. Düzünü deyim ki, çox maraqlı sual vermisiniz. Mən hətta başqa cür necə ola biləcəyini də düşünə bilmirəm.

 

- Yaxşı, belə deyək, öz taktiki sxemini sizə təklif etsə?

- Əgər görsəm ki, maraqlı nəsə var, niyə də olmasın? Hər bir variant üzərində düşünmək lazımdı. Ümumiyyətlə, mən belə prezidentlərin ola biləcəyinə inanmıram.

 

- Azərbaycanda işləmək sizi dəyişməyib ki?

- Deməzdim. Ancaq əlbəttə ki, bəzi fərqlər olacaq. Başqa mentalitetə malik insanların arasında işləyirsən, vəssalam. Ancaq futbol barəsində xeyr. Çoxlu, düzgün və dürüst bir şəkildə işləmək lazımdı.

 

- Dortmund “Borussiya”sı ilə bir qrupda yer almaq yaxşıdı, ya pis?

- Əlbəttə ki, yaxşıdı. Əgər bütün futbol həyatımıza nəzər salsaq, yadımızda ancaq kimlərlə oynadığımız qalıb.

 

- Bizim məşqçilər qələbə qazana bilməyəndə bəhanələr uydururlar: Məsələn, Lüksemburq futbolu inkişaf edir, Estoniya futbolu inkişaf edir və s. Bəs Azərbaycan futbolu necə, inkişaf edir?

- Gəlin statistikaya nəzər salaq. 10 komandanın oynadığı çempionatda çıxış edən 2 klub Avropa Liqasında qrup mərhələsində yarışır. Bu ciddi nəticədi. Milli komanda 3 oyundu uduzmur, Xorvatiyadan xal alır. Əlbəttə ki, inkişaf var. Fikir verin Avropa Oyunlarını necə təşkil etdilər. Həm futbol, həm də digər idman növləri çox sürətlə inkişaf edir.

 

- Sizi gələcəkdə yenidən Ukraynada işləyərkən görəcəyikmi?

- Biz deyə bilmərik ki, bir il sonra başımız nə iş gələcək. Heç bir variantı istisna eləmək olmaz. Əgər elə bir imkan yaransa, bu, mənim üçün əsas seçimlərdən biri olacaq. Ancaq hazırda mən həyatımdan çox razıyam. Çalışdığım klubun rəhbərliyi çox anlayışlı və ağıllı adamlardı. Bu, həqiqətən də çox əhəmiyyətlidi. Belə vəziyyətlərdə sonra nə olacaq deyə düşünməyə ehtiyac yoxdu, həyatı axışına buraxmaq lazımdı. “Qəbələ” ilə daha bir illik müqavilə imzalamışam və tamamilə buradakı işimə “fokuslanmışam”.


Digər xəbərlər

Xəbər xətti