Ruslan Abışov: "Artıq "Xəzər Lənkəran"la bağlı planlarım keçmişdə qaldı"

11:00 22 Sentyabr 2015

"Çempionatda asan oyunlar olmur. Avropa Liqasındakı oyundan sonra heyətdə bir sıra dəyişikliklər edilmişdi. Amma istənilən halda çətin idi. Əsas qələbə qazanmaq idi".

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin müdafiəçisi Ruslan Abışov deyib. Premyer Liqanın V turunda "Sumqayıt" üzərində minimal hesablı qələbəyə şarh verən təcrübəli futbolçu "Qəbələ"yə 2-ci qayıdışından da danışıb:

 

"Ötən mövsüm "Qəbələ"də yaxşı il keçirmişdim. Lakin avrokuboklarda oynamaq mənə nəsib olmadı. Mövsümlərarası fasilədə "Xəzər Lənkəran"la yaxşı hazırlıq keçmişdim. Amma əfsuslar olsun ki, FİFA-nın məlum sanksiyası səbəbindən bu komandada çıxış edə bilmədim. Nəticədə, komandadan ayrılmaq məcburiyyətində qaldım".

 

Abışov artıq gələcəyinin "Qəbələ" ilə bağlı olduğunu söyləyib: "Artıq onlarla bağlı bütün planlarım keçmişdə qaldı. Gələcəyim "Qəbələ" ilə bağlıdır. Əvvəlki formamı yığmağa çalışacağam. Milliyə gəlincə, ölkənin bir nömrəli komandasında oynamağa həmişə hazıram. Baş məşqçi məni İtaliya ilə oyuna çağırsa, ad günümdə komandamıza kömək etməyə çalışacağam".


Digər xəbərlər

Xəbər xətti