"Matça yaxşı hazırlaşmışdıq. "Qəbələ" də çox güclü komandadır. Əfsuslar olsun ki, matçın sonunda səhvə yol verdik və qapımıza penalti təyin olundu. Uduzmalı deyildik".
Sportarena.az xəbər verir ki, bu sözləri "CBC Sport"a açıqlamasında "Sumqayıt"ın kapitanı Vurğun Hüseynov deyib. O, Premyer Liqanın V turunda "Qəbələ"yə uduzduğu oyun haqda fikirlərini açıqlayıb:
"Artıq bu oyunu unutmağımız lazımdır. Sevindirici yeganə məqam komandanın oyundan-oyuna daha da artırmasıdır. Mən Qəbələdə kənar adam deyiləm. Bir neçə il burada çıxış etmişəm. Mənim yenidən "Qəbələ"yə qayıtmağım özümdən asılıdır. Bunun üçün daha çox çalışmalıyam".