Premyer Liqanın V turunda "Neftçi" ilə səfər matçında 1:1-hesablı bərabərə qalan “Xəzər Lənkəran” sərbəst buraxılıb.
Sportarena.az xəbər verir ki, cənub təmsilçisi 2 gün ərzində istirahət edəcək. Sentyabrın 23-də isə komanda yenidən Lənkəranda bir araya gələrək növbəti ev oyunun hazırlıqlarına başlayacaq.
Xatırladaq ki, “Xəzər Lənkəran” Premyer Liqanın VI turu çərçivəsində, sentyabrın 27-də “Fırtınalar meydanı”nda “Zirə”ni qəbul edəcək.