Almaniya Bundesliqasında istefa gerçəkləşib. Sportarena.az xəbər verir ki, "Borussiya"nın baş məşqçisi Lusien Favre qovulub.
Münhenqladbax təmsilçisinin cari mövsümdəki uğursuz çıxışı rəhbərliyinin bu addımı atması ilə nəticələnib.
Qeyd edək ki, Favre ötən mövsüm komandaya Almaniya Bundesliqasında bürünc medallar qazandırmışdı. Komandanı müvəqqəti olaraq Andre Şübert çalışdıracaq.