Tofiq Heydərov: "25 illik kampaniyamız sosial layihədir" - VİDEOMÜSAHİBƏ

12:20 22 Sentyabr 2015

"AAAF Park" Yaşayış Kompleksi Qurban bayramı münasibətilə yeni kampaniyaya start verib. Sportarena.az xəbər verir ki, kampaniyanın şərtlərinə görə, oktyabr ayının 15-dək hər bir Azərbaycan vətəndaşı 5 % ilkin ödəniş etməklə 25 il müddətinə qədər mənzil əldə edə biləcəkdir. Kampaniyadan yararlanmaq və ev sahibi olmaq istəyən hər bir şəxs şəxsiyyət vəsiqəsi və 5 % ilkin ödəniş məbləği ilə “AAAF Park” Yaşayış Kompleksinin Satış Şöbəsinə yaxınlaşaraq, istədiyi mərtəbədən 1, 2 və 3 otaqlı mənzilləri rəsmiləşdirə bilər.

 

Kampaniya ilə bağlı olaraq AAAF Parkın təsisçisi Tofiq Heydərov da AAAF TV-yə açıqlama verib. O, öz müsahibəsində qeyd edib ki, “25 illik kampaniyanı etməkdə məqsədimiz dövlətimizin sosial ipoteka siyasətinə uyğun olaraq, bizim də aylıq ödənişi 150 manatadək evlərimizin olması və istənilən təbəqədən olan ailələrin evlə təmin olnmasına şərait yaratmaqdan ibarətdir".

 


Digər xəbərlər

Xəbər xətti