UEFA nümayəndələri Bakıda - Avropa çempionatına görə

13:39 22 Sentyabr 2015

2016-cı ildə Azərbaycanda keçiriləcək 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının təşkilati işləri ilə bağlı UEFA nümayəndələri ölkəmizə səfər ediblər.

 

Sportarena.az xəbər verir ki, bu gün AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədov U-17 Avropa çempionatının tədbir rəhbəri Kristof Von Vattenvil, turnirin layihə rəhbəri Pierpaskal Laratonda, AÇ-nin tədbir koordinatoru Kristin Hyusman və U-17 Avropa çempionatının yarışlar koordinatoru Sandra Selanla görüşüb, turnirə hazırlıq işləri ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

 

Səfər çərçivəsində UEFA nümayəndələri Avopa çempionatının infrastruktur, otel və digər məsələlər üzrə hazırlıq işləri ilə tanış olacaqlar.


Digər xəbərlər

Xəbər xətti