Peşəkar Futbol Liqasının Mətbuat və İctiamiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev qrumun prezidenti Ramin Musayevin səhhətində problem yarnaması ilə bağlı yayılan xəbərə münasibət bildirib. O, Sportarena.az-a açıqlamasında məlumatı təkzib edib:
"Belə bir şey olmayıb. Yanlış məlumatdı. Dünən bütün günü Ramin Musayevlə birlikdə olmuşuq. Səhər saat 9-da işə çıxmışıq. Gecə saat 1-ə işləmiş isə evimizə getmişik. Hətta birlikdə "Qəbələ"nin oyununa da baxdıq. Vəziyyəti normaldı. Səhhəti ilə bağlı hər hansı problem olmayıb".
Qeyd edək ki, mətbuatda Musayevin qan təzyiqinin aşağı düşməsi nəticəsində halının pisləşdiyi, yalnız təcili tibbi yardım işçilərinin müdaxiləsindən sonra özünə gəldiyi haqda xəbərlər yayılıb.