Millimizin sabiq çalışdırıcısı Berti Foqts Lyusyen Favrla yollarını ayıran "Borussiya" klubuna məsləhət verib. Sportarena.az xəbər verir ki, təcrübəli mütəxəssis Münhenqladbax təmsilçisini hazırda işsiz olan Yurgen Kloppun çalışdırmalı olduğunu bildirib:
"Borussiya"nı Yurgen Klopp çalışdırmalıdır. Bu komandanın yeniliyə ehtiyacı var. Klopp baş məşqçi vəzifəsinə ən ideal namizəddir. İnanıram ki, o, komandanı çətin vəziyyətdən çıxaracaq".
Qeyd edək ki, Klopp 2008-2015-ci illərdə "Borussiya" (Dortmund) klubunu çalışdırıb.