"Qəbələ" Türkiyə millisinin sponsoru ilə müqavilə imzaladı - FOTO

15:27 22 Sentyabr 2015

Bu gün "Qəbələ" beynəlxalq brend geyimlərindən sayılan "Sarar" şirkəti ilə iki illik sponsorluq müqaviləsi imzalayıb. Sportarena.az xəbər verir ki, müqaviləyə əsasən “Qəbələ”nin əsas komandasının futbolçu və adminstrativ heyəti 2 mövsüm – 2015/2016 və 2016/2017 mövsümlərində daxili və xarici səfərlər zamanı qonşu ölkənin istehsalı olan geyim dəstlərindən yararlanacaqlar.

 

“Qəbələ” İdman Klubu bu mövsüm imza atdığı uğurlarını marketinq sahəsində də davam etdirməkdədi. Müqaviləyə əsasən geyimlər hər mövsüm yaz-yay və payız-qış olmaqla 2 dəst hazırlanacaq.

 

“Sarar” reklamları isə “Qəbələ”nin ev oyunlarının keçirildiyi meydançanın ətrafındakı reklam lövhələrində və oyunsonrası mətbuat konfranslarında arxa fon lövhəsində yerləşdiriləcək. Bundan başqa, “Qəbələ”nin rəsmi internet səhifəsində də “Sarar”ın virtual barneri yerləşdiriləcək.

 

"Qafqaz Point" otelində keçirilən mətbuat konfransı da məhz bu əməkdaşlığa həsr olunub. Tədbirdə "Sarar" şirkətinin Azərbaycan üzrə nümayəndəsi Məsut Dəmirtaş da öz fikirlərini bildirib:

 

"Biz də "Qəbələ" ilə sponsorluq müqaviləsindən çox məmnunuq. 1996-cı ildən bəri Türkiyə milli komandasının sponsoruyuq. 1996-2013-cü illərdə "Qalatasaray"la sponsorluq müqaviləmiz olub. "Qəbələ" də bu mövsüm Avroliqada öz sözünü deyib. İnanırıq ki, qrup mərhələsində uğurlu nəticə qazanıb, növbəti mərhələyə vəsiqə qazanacaq".


Digər xəbərlər

Xəbər xətti