Fan-klub rəhbərindən azarkeşlərlə bağlı söz-söhbətə münasibət: "Bizi stadiona gətirən "Kəpəz" sevgisidir"

16:12 22 Sentyabr 2015

"Kəpəz" fan-klubunun rəhbəri Elmar Əliyev gəncəli xanım azarkeşlərin stadiona məcbur gətirilməsi və tərəfdarların sayının şişirdilməsi ilə bağlı mətbuatda yer alan xəbərlərə münasibət bildirib. O, Sportarena.az-a açıqlamasında yayılan məlumatların əsassız olduğunu söyləyib. Əliyevin sözlərinə görə, kimliyindən asılı olmayaraq, hər bir azarkeşi stadiona gətirən "Kəpəz" sevgisidir:

 

"Gəncə futbol şəhəridir. Burda futbolu çox sevirlər. "Kəpəz"ə olan sevgi isə bir başqa cürdü. Burda hamı, istər xanım, istər kişi azarkeşlər olsun, stadiona istirahət etmək, komandaya dəstək olmaq üçün gedirlər. Yəni azarkeşi stadiona gətirən "Kəpəz"ə olan sevgidir. Xanımların zorla stadiona gətirilməsi söhbəti isə yalandır. Çünki, heç kimi güclə oyuna gətirmək olmaz. Bizim azarkeşlər üçün "Kəpəz"in oyunu çox maraqlı olduğu üçün insanlar ailəvi şəkildə gəlir".

 

Fan-klub rəhbəri azarkeşlərin səfərdə də komandalarını yalnız buraxmadığını qeyd edib: "Siz bizim səfər oyunlarına getməyimizi görsəniz, gözlərinizə inanmayacaqsız. 5-6 avtobus insan gedir səfər matçına. Əksər fanatlar ayaq üstə qalır. Bir çoxları isə şəxsi maşını ilə gedir".


Digər xəbərlər

Xəbər xətti