"Bu gündən "Qəbələ"də işə başlayıram. Çox xoşbəxtəm".
Sportarena.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin kommersiya direktoru təyin olunan Mustafa Aztopal deyib. Yeni təyinatı haqda danışan türkiyəli iş adamı "Qəbələ"nin uğurları üçün çalışacağını bildirib:
"Tanışlığımız bir il öncəyə təsadüf edir. Bundan öncə Fariz Nəcəfov və Səməd Nəsibovla tanış olmuşdum. Daha sonra Antalya toplamışında onlarla görüşdüm. Ötən həftə klub prezidenti Tale Heydərovla görüşümüz oldu. "Qəbələ"nin uğuru üçün əlimdən gələni edəcəyəm".