"Emil Balayev hələ "artırmalıdı" - "Ayntraxt"ın baş məşqçisi

17:29 22 Sentyabr 2015

"Qapı xətti ilə bağlı problemlə üzləşmişik. Məni ən çox narahat edən məsələlərdən biri budu".

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Ayntraxt" klubunun baş məşqçisi Armin Fe deyib. Azərbaycan yığmasının üzvü Emil Balayevin də çıxış etdiyi Frankfurt klubu problemlə üzləşib. Təcrübəli çalışdırıcı xüsusilə qapı xətti ilə bağlı sıxıntı yaşayır. Bununla bağlı danışan Fe söhbət əsnasında Balayevin də vəziyyətinə toxunub. O bildirib ki, gənc qapıçı təcrübəsini artırmalıdı:

 

"Haynts Linderin səhhətində problem var. Yannik Zummak sağ ayağındakı barmağından əməliyyat olunub. Onun yaşıl meydanlara qayıdışı müalicəsinin gedişatından asılıdı. Əgər barmağında ağrı hiss etməsə, bizə kömək edə bilər. Digər qapıçımız Emil Balayev isə hələ "artırmalıdı", tələblərimizə cavab verməlidi".

 

Qeyd edək ki, "Neftçi"nin yetirməsi olan Balayev bu ilin əvvəlindən "Ayntraxt"da çıxış edir.


Digər xəbərlər

Xəbər xətti