Şahmatçımızın 1/4 finaldakı rəqibi müəyyənləşdi

17:57 22 Sentyabr 2015

Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun 1/4 final mərhələsində Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun rəqibi müəyyənləşib. Sportarena.az xəbər verir ki, həmyerlimiz Sergey Karyakinlə münasibətinə aydınlıq gətirəcək.

 

Rusiyalı qrossmeyster 1/8 final mərhələsinin tay-brek matçlarında həmyerlisi Dmitri Andreykini mübarizədən kənarlaşdırıb.

 

Məmmədyarov – Karyakin arasında ilk qarşılaşma sabah olacaq.

 

Qeyd edək ki, Məmmədyarov 1/8 finalda Fabiano Karuanaya (ABŞ) qalib gəlib.


Digər xəbərlər

Xəbər xətti