"Qarabağ”ın yeni stadionuna köçəcəyi tarix bəlli olub. Sportarena.az xəbər verir ki, uzun müddətdir ki, Tofiq Bəhramov adına Respublika stadionu və "Bakcell Arena”da istifadə edən Ağdam təmsilçisi artıq doğma meydanında oynayacaq.
"Qarabağ” Premyer Liqanın VI turunda "Neftçi”ni məhz yeni arenası olan "Qarabağ Arena”da qəbul edəcək.
"Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov isə saytımıza açıqlamasında oyunun keçirilmə yerinin hələlik dəqiqləşmədiyini bildirib: "Dünən PFL nümayəndələri stadionumua baxış keçirdilər. Son qərarı onlar verəcəklər. Odur ki, hələlik oyunun hansı stadionda baş tutacağı məlum deyil. Rəqibi başqa meydanda da qəbul edə bilərik".
Qeyd edək ki, "Qarabağ” – "Neftçi” matçı sentyabrın 26-sı keçiriləcək.