Xəbər verdiyimiz kimi, "Qarabağ" VI turda "Neftçi" ilə keçirəcəyi oyunun hazırlıqlarına başlayıb. Maraqlıdır ki, komandanı məşqə Qurban Qurbanov deyil, köməkçiləri çıxarıblar. Baş məşqçinin niyə komandasının başındaolmadığı ilə maraqlandıq.
Klubdan Sportarena.az-a bildirdilər ki, Qurbanov şəxsi işləri ilə bağlı komandanı məşqə çıxara bilməyib. Ciddi bir problem yoxdur. "Qarabağ"ı bugünkü məşqə məhz təcrübəli mütəxəssisin çıxaracağı bildirildi.