"AÇ-2016"nın seçmə mərhələsinin Malta ilə oyununda zədələnən və əməliyyat olunan Azərbaycan millisinin futbolçusu Namiq Ələsgərovdan xəbər var. Sportarena.az xəbər verir ki, gənc futbolçunun kollektiv məşqlərə başlayacağı vaxt bəlli olub. Klubdan saytımıza verilən məlumata görə, istedadlı futbolçu hazırda fərdi qaydada məşqlərini davam etdirir. Onun oktyabr ayından etibarən komanda ilə birlikdə hazırlıqlara başlayacağı bildirilib.
Qeyd edək ki, Malta ilə oyunda zədələnən Ələsgərov Almaniyada əməliyyat olunmuşdu. Yarımmüdafiəçi bir neçə dəfə AFFA-nın dəstəyi ilə sözügedən ölkəyə müayinəyə yollanmışdı.