Millimizin məşqçisi Qordan Tsipriç Almaniyaya yollanacaq. Sportarena.az xəbər verir ki, o, yığmamızın üzvü Tuğrul Eratın çıxışını izləmək məqsədilə sentyabrın 26-da Münxenqladbax şəhərində keçiriləcək “Borussiya-2” (Münxenqladbax) – “Fortuna-2” (Düsseldorf) oyununa baxacaq.
Baş məşqçinin digər köməkçisi Elxan Abdullayev isə oktyabrın 1-də UEFA Avropa Liqasının qrup mərhələsində keçiriləcək “Krasnodar” (Rusiya) – “Qəbələ” matçını izləyəcək.