Kamran Ağayevin oynamadığı matçda dava düşdü, görüş yarımçıq dayandırıldı

18:41 23 Sentyabr 2015

Türkiyə Kubokunda ikinci təsnifat mərhələsinin oyunları keçirilir. Sportarena.az xəbər verir ki, milli komandamızın qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu "Karşıyaka" səfərdə "Kurtalanspor"la qarşılaşıb. Qarşılaşma 3:1 hesabıyla qonaqların xeyrinə başa çatıb.

 

Görüşün son dəqiqələrində isə komandalar arasında dava düşüb. Belədə hakim matçı yarımçıq dayandırmalı olub.

 

Qeyd edək ki, "Karşıyaka"nın baş məşqçisi komandanın bir neçə aparıcı üzvü ilə yanaşı, Kamrana da istirahət verdiyindən, kubok qarşılaşmasında onların xidmətindən yararlanmayıb.


Digər xəbərlər

Xəbər xətti