"Bavariya"nın hücumçusu Robert Levandovski "Volfsburq"la matçdan sonra etdiyi hərəkətlə diqqət mərkəzinə düşüb. Sportarena.az xəbər verir ki, polşalı futbolçu tarixi görüşdə oynanılan topu özü ilə götürüb.
Bu barədə danışan Levandovski deyib: "Fantastik gecə idi. Belə bir rekorda imza atdığım üçün şadam. Həm özüm, həm də "Bavariya" üçün böyük tarix yazmış oldum. Oyundan dərhal sonra topu özümlə götürmək qərarına gəldim. Həmin top kolleksiyalarım arasında xüsusi yer tutacaq".
Qeyd edək ki, Levandovski "Volfsburq"la görüşdə (5:1) 9 dəqiqə ərzində 5 qol vurmaqla Avropa futbolunda yeni rekorda imza atıb.