Ölkəmizdə keçirilən şahmat üzrə Dünya Kubokunda bu gün 1/4 final mərhələsinə start verilib.
Sportarena.az xəbər verir ki, yarışda çıxışını davam etdirən Azərbaycan millisinin lideri Şəhriyar Məmmədyarov Sergey Karyakini (Rusiya) sınağa çəkib. Mərhələnin ilk matçında Ukrayna əsilli şahmatçıya qarşı ağ fiqurlarla mübarizə aparan qrossmeysterimiz bundan maksimum yararlana bilməyib. Həmyerlimiz ilk oyunundan bərabərliklə ayrılıb.