"Xəzər Lənkəran" iki günlük istirahətdən sonra məşqlərə başlayıb. Sportarena.az xəbər verir ki, çempionatın VI turu çərçivəsində doğma meydanında "Zirə"ni qəbul edəcək komanda 25 sentyabr tarixinə qədər məşqlərini saat 18.00-da stadionun ehtiyat meydançasında keçirəcək.
Klubun rəsmi "facebook" səhifəsinin yaydığı məlumata görə bu gün və sabahkı məşqlər azarkeşlər üçün açıq olacaq.