Məmmədyarov - Karyakin duelində növbəti sülh: Yarımfinalçı "tay-brek"də müəyyənləşəcək

18:55 24 Sentyabr 2015

Bakıda dvam edən şahmat üzrə Dünya Kubokunda bu gün 1/4 final mərhələsinin cavab matçları keçirilib. Sportarena.az xəbər verir ki, ən güclü 4 şahmatçının arasına düşmək uğrunda mübarizə aparan millimizin lideri Şəhriyar Məmmədyarov Sergey Karyakinlə (Rusiya) ikinci oyununa çıxıb.

 

İlk qarşılaşmada olduğu kimi bu dəfə də tərəflər bir-birilərinə qarşı üstünlük əldə edə bilməyiblər. Nəticədə cütün taleyi "tay-brek"ə qalıb. Onlar yarımfinalçının adını müəyyənləşdirmək üçün sabah yenidən üz-üzə gələcəklər.

 

Dünya Kuboku

1/4 final mərhələsi, ikinci oyun

 

Sergey Karyakin (Rusiya) - Şəhriyar Məmədyarov (Azərbaycan) - 0,5:0,5

İlk oyun: 0,5:0,5


Digər xəbərlər

Xəbər xətti