I divizion: Debütant Qazaxda "5" atdı, "Şəmkir"dən növbəti qələbə

19:13 24 Sentyabr 2015

Futbol üzrə Azərbaycan birinci divizionunda III turun daha 3 oyunu keçirilib. Sportarena.az xəbər verir ki, baş tutan görüşlərdə qapılara 8 qol vurulub.

 

"Şərurspor" səfərdə "Göyəzən"ə 5:0 hesabı ilə qalib gəlib. Qonaqların heyətində bütün qollara Rəhman Musayev imza atıb.

 

"Şəmkir" də turu qələbə ilə başa vurub. Qərb təmsilçisi Qusarda "Şahdağ"ı 2:1 hesabı ilə məğlub edib.

 


24 sentyabr

Birinci divizion, 3-cü tur

 

“Göyəzən” - “Şərurspor” - 0:5
Qollar:
Rəhman Musayev, 18, 43, 45, 64, 88

 

“Mil-Muğan” 0-0 “Zaqatala”

 

“Şahdağ” - “Şəmkir” - 1:2
Qollar:
İqrar Səmədov, 56 // Bəhruz Teymurov, 81 (p.); Sərxan Ağayev, 88)


Xəbər xətti