"Bavariya" klubunun rəsmisi Karl Haynz Rumenic komandanın hücumçusu Tomas Mülleri Messiyə bənzədib.
Sportarena.az xəbər verir ki, Rumenic verdiyi açıqlamada belə deyib:
"Əlbəttə, Müllerin ayrılmasını istəmirik. Hər hansı bir klubdan nə qədər təklif gəlirsə gəlsin, Müller "Bavariya"da qalacaq. Onun ayrılmağına icazə verəcəyimiz bir məbləğ yoxdur. O, bizim "Messimiz"dir".