Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda 1/4 final mərhələsinin tay-brek görüşlərinə start veriləcək. Sportarena.az xəbər verir ki, yığmamızın lideri Şəhriyar Məmmədyarov da tay-brekdə mübarizə aparacaq.
İlk 2 görüşdə Sergey Karyakinlə (Rusiya) heç-heçə edən şahmatçımız bu dəfə sürətli şahmatda rəqibini üstələyib, yarımfinala çıxmağa çalışacaq.
Dünya Kuboku
1/4 final mərhələsi, tay-brek oyunları
Sergey Karyakin (Rusiya) - Şəhriyar Məmədyarov (Azərbaycan) - 0:2
İlk 2 oyun: 1:1