Tuğrul Erat: "Azərbaycanın əsas millisində oynamağı çox istəyirəm"

13:15 25 Sentyabr 2015

Azərbaycan yığmasının yarımmüdafiəçisi Tuğrul Erat baş məşqçi Robert Prosineçkinin öz köməkçisi Qordon Tsipriçi onun oyununu izləmək üçün Almaniyaya göndərməsinə münasibət bildirib. Sportarena.az xəbər verir ki, türk əsilli futbolçu azerisport.az saytına açıqlamasında bunları söyləyib:

 

"Mən "Fortuna"da sabit çıxış edirəm. Bütövlükdə, işlərim pis getmir. Özümü yaxşı tərəfdən göstərməyə çalışıram. Tsipriçin mənim oyunumu izləmək üçün səfərə gələcəyini eşitmişəm. Çox şadam. Ümid edirəm ki, özümü yaxşı tərəfdən göstərə biləcəyəm və yığmanın məşqçisi mənim oyunumu bəyənəcək. Milli komandada oynamağı çox istəyirəm. Gənclərdən ibarət millidə çıxış etmişəm və əlimdən gələni etmişəm, qollar vurmuşam. Ümid edirəm ki, Azərbaycanın əsas yığmasına da dəvət alacağam, fayda verəcəyəm. "Borussiya" ilə oyundan sonra Tsipriçlə görüşüb söhbət etməyə də vaxtımızın olacağını düşünürəm".


Digər xəbərlər

Xəbər xətti