"Qarşıdan 2016-cı il yay Olimpia Oyunları gəlir. Bu oyunlardan sonra Seysenbaxerin müqavilənin müddəti haqqında danışa bilərik".
Sportarena.az xəbər verir ki, bu sözləri Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı deyib. Azərbaycanın cüdo millisinin yeni baş məşqçisi Peter Seysenbaxerin təqdimat mərasimində çıxış edən baş katib qarşıdakı planlardan danışıb:
"Baş məşqçinin qarşısına konkret məqsəd qoyulmayıb ki, hansı nəticəni versin. Olimpia Oyunlarının nəticəsindən aslı olaraq onun müqaviləsinin hansı müddətə olması məlum olacaq. Əsas məqsəd kişilərdən ibarət yığmamızda 7 cüdoçunun Olimpiadaya lisenziya qazanmasıdı. Hazırda reytinq bunlardan 4-ünə imkan verir. Baş məqçinin tərtib etdiyi plan əsasında Rio Olimpi Oyunlarında iştirak edəcək idmançıların qazanacağı lisenziyaların sayını artırmağa çalışacağıq".