Moldovada təşkil olunan təlim-məşq toplanışı çərçivəsində 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Orgey şəhərində yoldaşlıq oyunu keçirib. Sportarena.az xəbər verir ki, komandamız Moldovanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşıb.
Matç 5:1 hesabı ilə yığmamızın xeyrinə başa çatıb. Futbolçularımızdan Cavidan Qasımlı, Metin Güler, Murat Cem Akpinar və Samir Əliyev fərqlənib. Moldova yığmasının qapısından keçən digər top isə avtoqol olub.