Hollandiya millisinin heyəti açıqlandı

18:47 25 Sentyabr 2015

"AVRO-2016"nın seçmə mərhələsi çərçivəsində gələn ay Qazaxıstan və Çexiya ilə qarşılaşacaq Hollandiya millisinin heyəti açıqlanıb. Sportarena.az xəbər verir ki, baş məşqçi Danni Blind 28 futbolçuya dəvət göndərib. Siyahıda Türkiyə Superliqasında çıxış edən Robin van Persi və uesli Sneyderin də adları var.

 

Qapıçılar: Silessen, Jeron Zoet, Tim krul, Kennes Vermeer

Müdafiəçilər: Deyli Blind, Virgil van Diyk, Ceffri Bruma, Joel Veltman, Jayro Ridvold, Kenni Tete, Terens Konqolo, Rik Karsdorp, Daril Yanmaat, Karim Rekik

Yarımmüdafiəçilər: İbrahim Afellay, Georginio Viynaldum, Vurnan Anita, Davi Klaasen, Uesli Sneyder

Hücumçular: Memfis Depay, Bas Dost, Klaas Yan Huntelaar, Kuinsi Promes, Cermen Lens, Luk de Yonq, Lusiano Narsinq, Robin van Persi, Anvar El Qazi.


Digər xəbərlər

Xəbər xətti