Şahin Diniyev: "Mənim komandam indi layiqli yerdə deyil"

21:36 25 Sentyabr 2015

 

Azərbaycan Premyer Liqasının VI turu “İnter” üçün uğurlu alındı. Paytaxt klubu “İnter Arena”da “Kəpəz”i 1-0 hesabı ilə məğlub etdi. 

Şahin Diniyev (“Kəpəz”in baş məşqçisi): “Əvvəla, bayramınızı təbrik edirəm. Gəncədən buraya gələn azarkeşlərə öz minnətdarlığımı bildirmək istərdim. Çox təəssüf ki, yaxşı oyuna xal verilmir. Mənim komandam indi layiqli yerdə deyil. Çempionatın gedişində öz yerimizi tutacağıq. Futbolçulara təşəkkürümü bildirmək istəyirəm. Maksimum oyun sərgilədilər. Sadəcə, bəxtsizlikdən bu oyunda məğlub olduq. Oyunçular arasında hələ ki anlaşılmazlıq mövcuddur. Zamana ehtiyacımız var. Bugün Prosineçki də oyunu izləyirdi.  İstərdim ki,  “Kəpəz” də milli üçün oyunçu yetişdirsin."İnter”i təbrik edirəm. Şansından maksimum yararlana bildilər. Amma mənim komandam bu oyunda daha yaxşı oynadı və məğlubiyyətə layiq deyildi".


Digər xəbərlər

Xəbər xətti