Azərbaycan Premyer Liqasının VI turu “İnter” üçün uğurlu alındı. Paytaxt klubu “İnter Arena”da “Kəpəz”i 1-0 hesabı ilə məğlub etdi.
Zaur Svanadze (“İnter”in baş məşqçisi): “Bu bizim ən çətin oyunumuz idi. Hətta avrokuboklarda bizə belə çətin deyildi. Sevinirəm ki, qələbə qazandıq. İlk hissədə çox pis oynadıq. İkinci hissədə toparlanıb, daha yaxşı çıxış etdik."Qarabağ"la çətin oyun öncəsi Dieqonun qırmızı vərəqə alması yaxşı hal deyil. "Kəpəz" komandası çox gözəl çıxış etdi. Onlara uğurlar arzulayıram".