Qriqorçuk: "Əsas məsələ "Krasnodar"la oyuna hazır olmasıdır"

22:25 25 Sentyabr 2015

Azərbaycan Premyer Liqasının VI turunda “Qəbələ” “Rəvan”ı 3-0 hesabı ilə üstələdi.

Roman Qriqorçuk (“Qəbələ”nin baş məşqçisi): “Biz hər oyun hücum futbolu oynayırıq. Qarşılaşmalara 4 hücumçu ilə çıxırıq. Vüqar Nadirovun oynamadığına gəlincə, hələ meydançaya çıxmağa tam hazır deyil. Digər yeni transferimiz  Derlis Meza Kolli  isə artıq 1 oyunda meydançada olub. Lakin idmanda belə bir qayda var ki, futbolçu dincəlməlidir. Əsas məsələ "Krasnodar"la oyuna hazır olmasıdır. Onda hər şey qaydasındadır. Biz üç xal barəsində düşünürdük. Hər iki cəbhədə mübarizə apardığımız üçün qələbə digər oyuna köklənmək baxımından önəmlidir”.


Digər xəbərlər

Xəbər xətti