"Yaxşı oyun alındı. Baxmayaraq ki, meydanın qazonu pis vəziyyətdə idi. Biz layiqli üç xal qazandıq".
Sportareana.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin futbolçusu Sergey Zenyov Premyer Liqanın 6-cı turunda "Rəvan"a qalib gəldikləri görüşdən (3:0) sonra deyib. Estoniyalı futbolçu bu qələbənin "Krasnodar"la Avropa Liqasının qrup mərhələsinin oyunu öncəsi komandaya yaxşı motivasiya olacağını bildirib:
"Krasnodar"la oyun öncəsi bu qələbə bizə yaxşı motivasiya olacaq. Belə qələbələr komandaya lazımdır. "Qəbələ"də hər şey qaydasındadır. Mənim də əhvalım yaxşıdır. Sadəcə bir qədər yorğunam".