Premyer Liqanın VI turu çərçivəsində “Zirə”ni qəbul edəcək “Xəzər Lənkəran” çalışmalarını davam etdirir. Sportarena.az "12cioyuncu.info"ya istinadən xəbər verir ki, "ağ-yaşıllar" bu gün oyunöncəsi son məşqini keçirəcəklər.
Cənub təmsilçisi saat 20:00-dan 20:50-ə qədər, qonaq komanda isə saat 21:00-dan başlayaraq bir saat müddətində "Xəzər Lənkəran" mərkəzi stadionunda məşq edəcəklər.
Qeyd edək ki, sabah keçiriləcək “Xəzər Lənkəran” – “Zirə” qarşılaşması 21:00-da start götürəcək.