Azərbaycan yığması Moldovada təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində ikinci yoldaşlıq oyununu keçirib.
Sportarena.az xəbər verir ki, Orgey şəhərində Moldovanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşan komandamız 2:0 hesabı ilə qalib gəlib. Yığmamızın heyətində Samir Əliyev və Oruc Bayramov fərqlənib.
Xatırladaq ki, bu komandalar arasında keçirilən ilk qarşılaşma 5:1 hesabı ilə yığmamızın xeyrinə başa çatıb.