Millimiz Avropa çempionatına məğlubiyyətlə başladı

10:25 27 Sentyabr 2015

Dünən qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsinin oyunlarına start verilib.

Sportarena.az xəbər verir ki, B qrupunda qərarlaşan Azərbaycan yığması ilk matçına çıxıb. Komandamızın ilk rəqibi Türkiyə millisi olub. Yığmamız rəqibinə müqavimət göstərə bilməyib. Hər üç setdə millimizə qalib gələn Türkiyə yığması oyundan 3:0 hesablı qələbə ilə ayrılıb.


26 sentyabr

Avropa çempionatı, final mərhələsi

Türkiyə - Azərbaycan - 3:0 (25:21, 28:26, 25:13)


Digər xəbərlər

Xəbər xətti