Bu gün Topaz Premyer Liqasının VI turunun son oyunu keçirilib. Sportarena.az xəbər verir ki, “Xəzər Lənkəran” öz meydanında “Zirə” ilə qarşılaşıb. Məğlubiyyət nədi bilməyən Zirə təmsilçisi bu seriyanı Lənkəranda da davam etdirmək fikrində idi. Son dəqiqələrdə Rəşad Abdullayevlə penaltidən fərqlənən "Zirə" istəyinə nail olub.
Topaz Premyer Liqas, VI tur
27 sentyabr (bazar)
21:00. "Xəzər Lənkəran" – "Zirə" 0:1
Qol: Rəşad Abdullayev, 90+2 (pen)
Hakimlər: İnqilab Məmmədov, Elman Musayev, İsgəndər Əliyev, Munis Abdullayev
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, Ramil Əhmədov
“Xəzər Lənkəran” mərkəzi stadionu