Rusiyada azərbaycanlı karateçi qətlə yetirilib. Sportarena.az xəbər verir ki, “Müvəkkil” Hüquq Mərkəzinin rəhbəri Səməd Vəkilov "Facebook" hesabında bu barədə məlumat yayıb. Vəkilovun yazdıqlaını olduğu kimi təqdim edirik:
"Dünən axşam aldığımız faciəvi xəbər hamımızı sarsıtdı. Xalam oğlu Ceyhun Qəhrəmanov 42 yaşında faicəvi şəkildə Rusiya Federasiyasının Sibay şəhərində dünyasını dəyişib. Kiçik tikinti biznesi ilə məşğul olan peşəkar karateçi Ceyhun iş əsanasında yaranmış və sonradan əlbəyaxa döyüşə çevrilən mübahisə nəticəsində ürəyindən aldığı bıçaq yarasından faciəli şəkildə dünyasını dəyişib. Allah rəhmət eləsin! Məkanı cənnət olsun!".