"Qulağından tutub bayıra ataram" - Klub prezidenti özündən çıxdı

19:20 27 Sentyabr 2015

"Fənərbaxça"nın prezidenti Aziz Yıldırım idman direktoru Culyano Terraneonun komandanın Samandıradakı bazasına klub rəsmilərinin girişinə qadağa qoyduğu haqda yayılan xəbərlərə münasibət bildirib. Sportarena.az xəbər verir ki, bayram tədbirində jurnalistlərin suallarını cavablandıran prezident belə bir şeyin mümkün olmadığını söyləyib. Yıldırım olduqca sərt ifadələr işlədib:

 

"Başqn istədiyini alar, istəmədiyini göndərər. Rəhbərliyin işə götürdüyü şəxslər rəhbərliyə qadağa qoya bilməz. Rəhbərliyin pul verdiyi adam, necə ola bilər ki, məni içəri buraxmasın?! Elə şey ola bilərmi? Qulağından tutub bayıra ataram. "Fənərbaxça" prezidenti və rəhbərliyinin istəmədiyi şeyi nə Terraneo, nə də bir başqası edə bilər. Biz söyləyərik, etdirərik. Bunlar yanlış, ayıbdır. Hamınıza deyirəm. Samandıraya gedəcəyikmi? Gedərik. Buna nə Terraneo, nə də bir başqası qarışa bilər. Mənim maaş verdiyim işçim buna qərar verəcək? Mümkün deyil".


Digər xəbərlər

Xəbər xətti