"Son nöqtəni qoya bilmədik" - Rasim Ramaldanov

23:16 27 Sentyabr 2015

"Yüksək tempdə oyun keçdi. Yaxşı imkanlarımız oldu. Sadəcə, oyunun sonlarında qapımıza penalti təyin olundu. On bir metrlik cərimə zərbəsindən top buraxdıq. Çox təəssüf ki, 1 xal itirdik".

 

Bu sözləri Sportarena.az-a açıqlamasında "Xəzər Lənkəran"ın müdafiəçisi Rasim Ramaldanov deyib. Təcrübəli futbolçu Premyer Liqanın VI turunda "Zirə"yə 0:1 hesablı məğlubiyətə şərh verib:

 

"Mən deməzdim ki, hücum qura bilmirdik. Yaxşı qol epizodlarımız oldu. Amma son nöqtəni qoya bilmədik. İnşallah, məşqlərdə səhvlərimizi düzəldib, yaxşı nəticələr qazana biləcəyik. Qapıya doğru çox zərbə endirdik. Sadəcə, çərçivəyə düşə bilmirdik. Son dəqiqələrdə penaltidən qapımızda qol gördük. Nəticədə 1 xal əldən getdi".

Vüsal MİRZƏYEV


Digər xəbərlər

Xəbər xətti