Premyer Liqanın VI turunun son oyununda "Zirə"ni qəbul edən "Xəzər Lənkəran" son dəqiqələrdə qapısında gördüyü qolla 1 xalı əldən verib. Sportarena.az xəbər verir ki, cənublular 1 xal deyil, komandanın əsas müdafiəçisi Rasim Ramaldanovu da itirib. Matçın sonlarına yaxın rəqib futbolçu ilə mübarizədə zədələnən Ramaldanov oyunu davam etdirə bilməyib.
Zədəsi haqda saytımıza danışan Rasimbunları deyib: "İnşallah, bu gün MRT olacaq. Ondan sonra zədəmin nə dərəcədə ciddi olduğu bilinəcək. Amma onu deyim ki, hazırda ayağımda ağrılar var".