Yunis Hüseynov: "...16 yaşlı futbolçularla oynayacağıq"

23:54 27 Sentyabr 2015

"Qələbə qazanmaq niyyətindəydik. Təəssüflər olsun ki, alınmadı. Oyunun son dəqiqəsində qapımıza penalti təyin olundu".

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Xəzər Lənəkran"ın baş məşqçisi Yunis Hüseynov deyib. Təcrübəli mütəxəssis Premyer Liqanın VI turunda "Zirə"yə minimal hesablı məğlubiyyəti şərh edib:

 

"Bildiyiniz kimi, ən kasad heyət bizdədir. Əvəzetmələr edə bilmirik. Rasim Ramaldanovun zədə alması bizə çox pis təsir etdi. Rasim meydançadan çıxdıqdan sonra müdafiədə səhvlər etdik və rəqib penalti qazandı. Məncə, penalti vardı. Növbəti oyunları düşünməliyik. Təcrübəli oyunçularımız zədəli olsa, 16 yaşlı futbolçularla oynayacağıq".


Digər xəbərlər

Xəbər xətti