Avropa Liqasının qrup mərhələsində "Qəbələ"nin rəqiblərindən olan "Krasnodar" dünən Rusiya çempionatında "Terek"lə qarşılaşıb və 1:1 hesablı heç-heçəyə razılaşıb. Sportarena.az xəbər verir ki, oyunla bağlı danışan Krasnodar təmsilçisinin baş məşqçisi Oleq Kononov "Qəbələ" ilə qarşıdakı matça və heyətdəki problemlərə də toxunub:
"Heyətimizdə bir neçə futbolçu zədəlidi. Yeni transferlərimiz komanda oyununa hələ tam uyğunlaşmayıblar. Sıx qrafikdə oynayırıq ki, bu da bizə mənfi təsir edir. Ancaq bunu bəhanə gətirməməliyik. Hücumda istədiyimiz kimi oynaya bilmirik. Artıq diqqətimizi növbəti görüşə yönəltməliyik. Həmin oyuna qədər bu problemi aradan qaldırmalıyıq".
Qeyd edək ki, “Krasnodar” növbəti görüşünü oktyabrın 1-də məhz “Qəbələ”yə qarşı keçirəcək.