Almaniya II Bundesliqasında 9-cu turun oyunları keçirilir. Sportarena.az xəbər verir ki, millimizin üzvü Dmitri Nazarovun şərəfini qoruduğu "Karlsrue" bur tur səfərdə "Heydenheym"lə qarşılaşıb.
Nazarovun komandası yenə xal itkisi ilə üzləşib. Bu görüşdə qalib müəyyənləşməyib. Hərəyə bir dəfə fərqlənən komandalar meydanı 1 xalla tərk edib - 1:1. Oyunun start heyətində yer alan millimizin üzvü 90 dəqiqə meydanda olub. Nazarov ilk hissəyə əlavə edilmiş 2-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb.
Qeyd edək ki, "Karlsrue" klubu 9 turdan sonra 8 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.