Rəşad Abdullayev: "Hamı görsün ki...." - MÜSAHİBƏ

12:02 28 Sentyabr 2015

"Zirə"nin kapitanı Rəşad Abdullayevin Sportarena.az saytına müsahibəsi

 

- Öncə 1:0 hesabı ilə qalib gəldiyiniz matç barədə fikirlərini bilmək istərdim...

- Oyun gözlədiyimiz kimi çətin oldu. "Xəzər Lənkəran" gənc heyətlə mübarizə aparsa da, yaxşı təsir bağışladı. Səfər oyunu idi . Lənkəran səfəri həmişə çətin olur. Ağır oyun oldu, amma axırda gülən tərəf biz olduq.

 

- Bir zamanlar "Xəzər Lənkəran"ın şərəfini qorumusan. Doğma meydanda rəqib kimi çıxış edəndə hansı hissləri keçirirsən?

- Bu stadionda yaxşı günlərim olub. Meydana çıxanda istər- istəməz nostalji hisslər olur. Amma mən bugün "Zirə"nin uğurları üçün çalışırdım. Meydanda nə qədər rəqib kimi oynasam da, tribuna doğmadır.

 

- Orxan Sadıqlı keçən turda Araz Abdullayevin penalti zərbəsini dəf etmişdi. Penaltini yerinə yetirəndə bir çaşqınlıq, həyəcan oldumu?

- Orxan yaxşı qapıçıdır. Penalti zərbələrini də yaxşı qaytarır. Mən də bugünə kimi çoxlu penalti zərbələri yerinə yetirmişəm. Həyəcan yalnız belə tribunalar qarşısında olduğum üçün ola bilərdi.

 

- "Zirə" Premyer Liqanın debütantı olsa da, hələ ki, məğlub olmayıb...

- Bu, sevindirici haldır. Komandamız müdafiədə də inamlı çıxış edir. Yeni komandadı, oyunçular da yenidir.Hələ tam öyrəşməmişik. Bunun üzərində işləyirik. Qarşıda bizi çətin oyunlar gözləyir. Biz bu sınaqlardan da uğurla çıxmağa çalışacağıq.

 

- Komandan Premyer Liqada hansı pillələr uğurunda mübarizə aparır?

- Məqsədimiz ilk növbədə yaxşı kollektiv yaratmaqdır. Bizə komada yarananda bu tapşırıq verilib. Ondan sonra nəticələr də olacaq. Çalışırıq ki, qazandığımız xallarla gəldiyimiz yerdə möhkəmlənək. Hamı görsün ki, biz təsadüflə bu uğurları qazanmırıq. Bunu sübut etməyə çalışırıq.

 

Vüsal MİRZƏYEV


Digər xəbərlər

Xəbər xətti