"Deyəcək söz yoxdu. Nə deyək? Qələbəni əldən verdik Sona 30 saniyə qalmış qapımızda top gördük. Buna görə təəssüflənirik. Amma neyləmək olar? Futboldu. Bunu yaddan çıxarıb, qarşıdakı oyunlara hazırlaşmalıyıq".
Bu sözləri Sportarena.az-a açıqlamasında "Sumqayıt"ın kapitanı Vurğun Hüseynov deyib. Topaz Premyer Liqasının VI turunda AZAL-ı qəbul edən "Sumqayıt" qələbəni son anda əldən verib. "Gənclik şəhəri" təmsilçisi itirilən 2 xala görə matçın baş hakimi Rəhim Həsənovu günahlandırır. Hətta oyundan sonra ehtiyatda əyləşən futbolçuların FİFA referisinə hücum çəkdiyi haqda xəbərlər də dolaşır. Hüseynov isə sözügedən olay və hakim haqda bunları söyləyib:
"Həmin olayı mən dəqiq görmədim. Hakimlər barəsində heç nə danışmaq istəmirəm. Hakimlərin işinə onların rəhbərləri qiymət verəcək. rəhbəri qiymət verəcək. Sadəcə, Bəxtiyar Həsənalızadəyə göstərilən sarı vərəqə bir qədər ağı oldu. Hakim verməyə də bilərdi. Bilmirəm,bu qərarı Rəhim özümü qəbul elədi, yoxsa yan xətt hakimi xəbərdarlıq etdikdən sonra "qırmızı" göstərdi. Məncə, Rəhim "qırmızı" vermək istəmirdi, laysmanın sözündən sonra əlini cibinə atdı".
Hüseynov oyundan sonra baş məşqçi Aqil Məmmədovun futbolçulara irad bildiridiyini də gizlətməyib: "Qələbə qazanmaq istəyirdik. Amma üstünlüyü qoruya bilmədik. Qəbələdə də son dəqiqələrdə penaltidən xal itirdik. Təbii ki, baş məşqçi iradını bildirir. Çünki yaxşı imkanlarımız oldu, dəyərləndirə bilmədik. Artıq bu oyunu yaddan çıxarmalıyıq".